BİRJA

11 Yanvar

Twitter-in səhmləri UCUZLAŞDI 

Bakı, 11 yanvar Fins.az

Twitter ABŞ prezidenti Donald Trampın 88 milyon izləyicisi olan hesabını bağlanmasından sonra birjaların açılışından əvvəl əməliyyatlarda dəyər itirib.

Fins.az xəbər verir ki, sosial media saytı Twitter-in səhmləri açılış öncəsi əməliyyatlarda 8,3% ucuzlaşıb. Səhmlər daha sonra enişin bir hissəsini kompensasiya edərək 6,4 % enib.

Qeyd edək ki, Twitter, ABŞ Konqresinə basqından sonra Prezident Donald Trampın hesabını həmişəlik bağlayıb. Seçkilərin nəticələri barədə istifadəçilərə yanlış məlumat verməsi, şiddətə təhrik etməsi və sosial media platformasının qaydalarını dəfələrlə pozması əsas gətirilib. 

Müəllif: Aynur Qəniyeva