BİRJA

11 Yanvar

Qızıl sürətlə UCUZLAŞIR

Bakı, 11 yanvar Fins.az

Dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın dəyər itirməsinə səbəb olub.

Fins.az xəbər verir ki, ucuzlaşma trendinin yavaşlaması amili Asiya sessiyasında qiymətin dəstək görməsinin dayanıqlı ola biləcəyini proqnozlaşdırmağa əsas verir.

Bir unsiya qızılın qiyməti  1857 dollar olması və yenidən sürətli bahalaşma dalğası müşahidə edilə bilər. Əks təqdirdə, sözügedən səviyyənin altında qalan qiymətin, 1764 dollara kimi ucuzlaşacağı proqnozlaşdırılır.

Müəllif: Aynur Qəniyeva