BİRJA

11 Yanvar

Azərbaycan nefti həftə ərzində 4,8% bahalaşıb

Bakı, 11 yanvar Fins.az

Ötən həftə ərzində (4-8 yanvar) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 53,81 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,65 dollar və ya 5,2% çoxdur.

Fins.az-ın məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 55,76 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 50,92 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,84 dollar və ya 9,5% artıb.