Bakı, 9 yanvar Fins.az
Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti bahalaşıb.
Fins.az məlumatına görə, Azərbaycan neftinin 1 barrelə olan qiyməti 0,68% bahalaşaraq 57,92 dollar təşkil edib.
Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir