BİRJA

08 Yanvar

"Azərbaycanda hətta rəqəmsal valyutalardan xəbəri olmayanlar da bitcoin ilə maraqlanmağa başlayıb"

Bakı, 8 yanvar Fins.az

Azərbaycanda sayı elə də çox olmayan yerli kripto-treyderlər və həvəskar investorlar son 2 həftə ərzində kriptovalyuta bazarında baş verən qiymət yüksəlişini diqqətlə izləyirlər.

Bunu fins.az-a açıqlamasında kriptovalyuta üzrə mütəxəsis Elnur Quliyev deyib 

Onun sözlərinə görə  Bitcoin-in qısa müddətdə bu cür sürətli dəyər qazanması gözlənilməz olsa da ümumilikdə “kripto cəmiyyətdə” müsbət qarşılanıb. Hətta bugünə qədər ümumiyyətlə rəqəmsal valyutalar barəsində xəbəri olamayan şəxslər belə mövcud qiymət artımından sonra kriptovalyutalar, əsasən də bitcoin ilə maraqlanmaya başlayıblar. 
Elnur quliyevin sözlərinə görə hazırda ölkəmizdə kriptovalyutalar ilə bağlı müvafiq qanunvericilik bazası və ya tənzimlənmə mexanizmi olmadığından yerli korporativ şirkətlər kripto-investisiyalara maraq göstərsələr də faktiki olaraq hər hansı bir fəaliyyət yoxdur. Bu səbəbdən də Azərbaycanda kriptovalyuta alqı-satqısı üzrə dövriyyə və ya rəqəmsal valyuta istifadəçiləri haqqında hər hansı bir statistika yoxdur.
O, "Təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə və kriptovalyuta sektorunda real təcrübəniz yoxdrsa o zaman çalışın bitcoin-ə itirməyi gözə aldığınız məbləğdə investisiya edin”-deyə bildirib

Müəllif: Aynur Qəniyeva