Bakı, 8 yanvar Fins.az
Avtomobil istehsal etmək üçün “Apple” ilə ilkin danışıqlara başladığı xəbərlərindən sonra “Hyundai” səhmləri beynəlxalq bazarlarda bahalaşıb.
Fins.az xəbər verir ki, heç bir şey dəqiqləşməsə də, bir neçə KİV “Hyundai”-ın “Apple” ilə danışdığını təsdiqlədiyini bildirib. “Hyundai” şirkət rəsmiləri açıqlamasında yalnız "müxtəlif şirkətlərdən əməkdaşlıq təklifləri aldıqlarını, lakin bir qərar verilmədiyini" bildiriblər.