BİRJA

03 Yanvar

Bitkoinin qiyməti 34 min dolları ötüb

Bakı 03 yanvar Fins.az

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti yenidən bahalaşaraq tarixi maksimumunu yeniləyib.

20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 16.56% bahalaşaraq 34 102 ABŞ dollarına yüksəlib.