Fins.az “MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Şöbə rəhbəri - Səfərəliyev İkram Bəhman oğlunun investisiya məsləhətini təqdim edir
“MFX-Trading İnvestisiya Şirkəti” ASC şirkəti 2020-ci ilin sonlarında bütün investisiya xidmətləri üzrə lisenziya alıb. Gələn ildən bütün xidmətlər üzrə yerli və xarici birjalarda fəaliyyəti planlaşdırırıq. Şirkət yerli və xarici kapital bazarlarında, həmçinin valyuta bazarında (forex) müştərilərə xidmət göstərəcək.
Azərbaycanda istənilən qiymətli kağızların alınıb-satılması üzrə müştəri sifarişlərinin qəbul edilməsi, Fərdi İnvestorların Portfelinin idarə edilməsi, İnvestisiya məsləhətinin verilməsi üzrə əsasən fiziki şəxslərə maraqlı olacaq fikir və ideyalarımız üzərində çalışmalarımızı davam etdiririk.
Hədəflərimizdən biri fiziki şəxslərin kapital bazarına marağını artırmaqdır. Bunun üçün yerli bazarda olan imkanlara ümumi baxış keçirməklə bəzi detallara toxunmaq istədim.
- Evinizi və ya maşınınızı satmısınız, nə vaxt yenisini alacağınızı bilmirsiz?
Bizə müraciət edin sizin həmin pulunuzu artıraq
- Yeni ev və ya maşın alana kimi 2 ay pulunuz istifadəsiz qalır?
Biz sizə həmin vaxtda istiqraz alırıq, sizə lazım olan vaxt sifariş verirsiniz, 2 iş günü ərzində istiqrazlarınızın məbləğini sizə qazandığınız faizlə birgə təqdim edirik.
Tutaq ki, 100 000 manata evinizi satmısınız və istədiyiniz evi almağa hansısa səbəbdən gecikirsiniz. Pulunuz bank hesabındadır əmanət yerləşdirmək qeyri müəyyən vaxtda ola bilsin heçbir faiz qazandırmasın deyə cari hesabda saxlayırsınız. Həmçinin belə də demək olar ürəyiniz istəyən evi tapa bilmirsiniz və ona görə pulunuz cari hesabda misal üçün 3 ay qalmalı olub. Təbii ki, bu halda 3 ay müddətində pulunuz heç bir dəyər qazanmayacaq.
Bizim təklifimiz
İstənilən şəxs bizim şirkətlə İnvestisiya müqaviləsi əsasında bizim vasitəmizlə Bakı Fond Birjasının ticarət platformasına daxil olaraq qiymətli kağızlar almaq hüququna sahibdir. Əvvəlcədən məlumatlı olduğunuz üçün artıq sizin birjada hər hansı əməliyyatlar üçün açılmış depo hesabınız da var, mütəmadi olaraq birjada olan məhsullardan da məlumatlısınız.
Evinizi satan kimi brokerinizlə əlaqə saxlayırsınız onlayn ödəniş məlumatlarını sizə göndərir, həmçinin birjada tədavüldə olan qiymətli kağızların siyahısını sizə təqdim edir. Şəxsi seçiminizi edirsiniz yəni hansı istiqrazı almaq istəyirsiniz, hansı daha çox faiz təklif edir və s.
Pulu köçürdünüz, Birjada əməliyyat üçün sifariş təqdim etdiniz və sizin üçün istiqraz alışı baş tutmuş hesab edilir, daha sonra sizə baş tutmuş əməliyyat üzrə hesabat təqdim edilir, müvafiq olaraq xidmət haqqı komissiyalar ödənilir və sizə depo hesabdan çıxarış təqdim edilir.
Misal üçün: Toplam 100 000 manat həcmində illik 10% kupon verən BAA şirkətinin istiqrazını almısınız
İllik faizə görə 1 il üçün 10 min manat faiz gəliri hesablanacaq
3 ay saxladıqda 1 illik gəlirdən 3 aya görə 2 500 manat gəlir hesablanmış olacaq
Birjada istiqrazı satmaq istəyəndə 1 istiqrazın üzərinə düşən həmin 3 aylıq qazancı nominal qiymətinin üzərinə gələrək (bazar qiyməti) satırsınız.
Nəticəyə baxsaq: 3 ayda qısa müddət üçün heç bir risk etmədən qazanmış olduğunuz faiz gəlirini (2500 manatı) müqayisə etməyə başqa heç bir misal gətirmək mümkün deyil.
“MFX-Trading İnvestisiya Şirkəti” ASC Sizə qiymətli kağızların alışı və satışında köməklik göstərəcək.
Fərdi Müştərilərin Portfelinin idarə edilməsi
İnvestorun seçminə uyğun olaraq portfel idarə edilməsi üzrə müqavilə bağlamaqla vəsaitini idarəçiliyə qəbul edirik. Paralel olaraq yerli və xarici birjalarda portfel yaratmaqla müştərinin xeyirinə əməliyyatlar aparılması nəzərdə tutlur.
“MFX-Trading İnvestisiya Şirkəti” ASC
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç, 27V
Əlaqə üçün
(+994) 12 310 12 61
(+994) 77 223 07 00
(+994) 55 313 88 41
Web-Site: www.mfx.az