BİRJA

15 Dekabr

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu AÇIQLAYIB

Bakı 15 dekabr   Fins.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2020-2021-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Fins.az xəbər verir ki, OPEC-in aylıq hesabatında məlumat verilib.

Bildirilir ki, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq.

OPEC-in proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində qalacaq.