BİRJA

14 Dekabr

Bu şirkətin səhmləri kəskin UCUZLAŞIB

Bakı 14 dekabr   Fins.az

 

Bu yaxınlarda Covid-19 peyvəndi araşdırması ilə çıxış edən əczaçılıq şirkətlərindən biri olan AstraZeneca-nın səhmləri, şirkət tarixindəki ən yüksək tutarlı alış müqaviləsinin elanından sonra kəskin şəkildə düşüb.

AstraZeneca Plc-in səhmləri, Alexion Pharmaceuticals Inc.-i 39 milyard dollar nağd ödəniş və səhmlə aldığı təsdiqləndikdən sonra kəskin şəkildə düşüb.

Sözügedən razılaşma ilə İngiltərədəki əczaçılıq nəhənginin indiyədək ən böyük alışı reallaşdırılacaq.

Açıqlamadan sonra səhmlər  9,2% enərək aprel ayından bəri ən aşağı səviyyədə olub. AstraZeneca yaxınlarda Covid-19 peyvəndinin effektivliyi və son mərhələ sınaqları ilə əlaqədar yaranan suallar səbəbiylə təzyiq altındadır.

AstraZeneca-nın səhm itkiləri London vaxtı ilə 08.10-da  5.7%-ə düşüb.

Şənbə günü elan edilən təklif, Alexionun cümə günü bağlanma qiymətinin üzərində  45% mükafat təşkil edir.