BİRJA

06 Dekabr

“Qara qızıl”ın qiyməti artıb

Bakı, 06 dekabr Fins.az

Londonun ICE qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,11 faiz artaraq, 1 barrelə görə 49,25 dollar təşkil edib. Bildirilir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında WTI markalı neftin 1 barrelinin dəyəri 1,36 faiz artaraq 46,26 dollar olub. Xəbəri “Bloomberg” verib.