BİRJA

27 Avqust

ABŞ-a yaxınlaşan qasırğa neftin qiymətinə belə təsir etdi

ABŞ-a yaxınlaşan “Laura” qasırğası neftin qiymətinə təsirsiz ötüşməyib.
Fins.az xəbər verir ki, Brent markalı neftin bir bareli 2,12% bahalaşaraq 45,95 dollar olub.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə bir barelə görə 43,39 dollara yüksəlib.

Analitiklərin fikrincə “Laura” qasırğası ABŞ-da neft hasilatına mane ola bilər. Bundan başqa, qiymətlərə Amerika valyutasının zəifləməsi də təsir göstərir.