27 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu
AZ2047008688
Emissiya həcmi
25 000 000 manat
Nominal qiyməti
1000 manat
Hərrac qiyməti
1 003,4306 manat
İstiqrazların tədavül müddəti
20 il
Faiz dərəcəsi
3,25 %
Faiz gəlirinin ödəniş müddəti
6 aydan bir (180 gün)
Anderrayter
BTB-Kapital İŞ ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin
ediləcəkdir.
İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının
(www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya
şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının
(www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.