Alipay mobil ödəmə sisteminə sahib olan Çin fintech nəhəngi Ant Group Co, Hong Kong və Şanxayda rekord 30 milyard dollarlıq IPO keçirəcək,
Fins.az xəbər verir ki, bu barədə məlumatı Çinin Caixin agentliyi məlumatlı mənbələrə istinadən yayımlayıb.
Milyarder Cek Ma tərəfindən təsis edilən şirkət, iyul ayının sonlarında Çin texnologiys şirkətləri üçün, habelə Hong Kong Birjasında səhmlərini 2019 Şanxay mərkəzli STAR platformasında listinq ediləcəyi açıqlanıb.
Ant Group özü təklifin parametrlərini açıqlamasa da, şirkətin təxminən 200 milyard dollar dəyərində olacağı gözlənilir . Məlumata görə, Ant Group Şanxayda səhmlərin 10% -ni və Hong Kong-da 5% satışa çıxarmağı planlaşdırır və nəticədə ümumi yerləşdirmə 30 milyard dollar məbləğində olacağı bildirilir.
"IPO prosesi, şübhəsiz ki, sürətli olacaq" deyən mənbələr, "yerləşdirilmənin sentyabr və ya oktyabrda reallaşması ehtimalı var."-deyə vurğulayır.
Bu İPO, Səudiyyə dövlət neft şirkəti olan Saudi Aramco-nun , 2019-cu ilin dekabrında - bu ilin yanvarında 29,4 milyard dollar həcmində yerləşdirilmiş rekordunu qıra bilər.
Bazarlara çıxmaq Ant-a "Çindəki xidmətlər sənayesini rəqəmsallaşdırma məqsədini sürətləndirməyə" kömək edəcək və bu, dünyanın tərəfdaşları ilə genişlənməyə və texnologiyaya və innovasiyaya investisiya qoymağa davam etməyə imkan verir.
Qeyd edək ki, Ant-ın 33% səhm paketi Alibaba Group Holding Ltd-yə məxsusdur.
Müəllif:Aynur Qəniyeva