BİRJA

23 İyul

“Azər-Maya” ASC xüsusi əqd bağlayacaq - TOPLANTI

“Azər-Maya” ASC yeni iclasın çağırılması vaxtı 16 sentyabr 2020-ci il saat 10.00-a təyin edir.

Fins.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir. 

1. “Azər-Maya” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması.

2. “Azər-Maya” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına seçkinin keçirilməsi.

3. Xüsusi əhəmiyyətli əqdlərin bağlanması.

4. Təşkilati məsələlər.

Qeyd edək ki, 2020-ci il iyunun 30-da keçirilməsi nəzərdə tutulan “Azər-Maya” ASC-nın səhmdarların növbəti illik yığıncağı xüsusi karantin rejimi səbəbindən təxirə salınmışdır.