BİRJA

22 İyul

Qızıl son 8 ildə ən baha qiymətə ticarət olunur

Beynəlxalq əmtəə birjalarında qızılın qiyməti sürətlə bahalaşmaqda davam edir.

Qızıl son 8 ilin maksimumunda
Qızılın qiymətində bahalaşma davam edir. Asiya sessiyasında 1816$-da dəstək görən bir unsiya üzrə qiymət, artıq 1826$-a ticarət edilir. 

Təhlillərə əsasən, gün ərzində 0.6% dəyər qazanan qiymət, sonuncu səviyyə üzərində möhkəmlənərsə, 1840$-a kimi də 0.8% bahalaşa bilər. 

Qeyd etmək lazımdır ki, İngiltərə ilə Çin arasında da siyasi və iqtisadi münasibətlərin bazar ertəsindən etibarən pisləşməsi, risklərin artması fonunda güvənli liman maliyyə alətlərinə olan tələbi də artırır.