BİRJA

22 İyul

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100483S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 11 investor tərəfindən qiymət 99,4966 manat (6,51%) 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 407 752 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 manat (6,51%), orta ölçülmüş qiyməti 99,4966 manat (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 19 avqust 2020-ci ildir.