BİRJA

21 İyul

Nasdaq indeksi Amazon və Zoom-la birgə rekord səviyyəyə yüksəlib

ABŞ səhmləri həftənin ilk ticarət gününü yüksəlişlə başa vurub. Dow Jones indeksi 0,03 faiz artaraq 26 680,93 bənd olub.

Standard Poor's (SP) 500 indeksi 0,85 faiz artaraq 3,252,11 bənd, Nasdaq indeksi 2,51 faiz artaraq 10,767,09 bənd təşkil edib. Amazon, Microsoft, Alphabet və Apple kimi texnologiya şirkətlərin səhmlərinin artması Nasdaq indeksinin güclü göstəricilərində təsirli olub.

Koronavirusun yeni növünə (Covid-19) qarşı peyvənd tədqiqatlarındakı inkişaflar da indekslərin artan meylində həlledici olub.

Oksford Universiteti tərəfindən klinik tədqiqatlar aparan potensial Covid-19 peyvəndi təhlükəsiz olduğu və immunitet sistemini dəstəklədiyi bildirildi.

Digər tərəfdən, ABŞ-da Covid-19-a qarşı başlanması planlaşdırılan yeni təşviq paketi üçün danışıqlar başladı.

ABŞ Maliyyə Naziri Steven Mnuchin, yeni təşviq paketinin 1 trilyon dollardan başlayacağını və təşviq paketinin diqqət mərkəzində uşaqlar, məşğulluq və Covid-19 peyvəndi olacaqlarını bildirib.

Müəllif:Aynur Qəniyeva