Qlobal iqtisadiyyatda iqtisadi və siyasi risklərin yenidən artması, Avropanın Brent neftinin bir barel qiymətinin də bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Hazırda 42$-ın üzərində dalğalanan qiymətin, bu səviyyənin üzərində qaldıqca, 44$-a kimi dəyər qazana biləcəyi ehtimalları üstünlüyünü qorumaqdadır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə bağlı göstəricilər də treyderlərin diqqət mərkəzindədir.