BİRJA

19 İyul

Pandemiya Microsoft-un səhmlərinin qiymətinə necə təsir edib?

Dünyanın ən böyük investisiya şirkəti olan Vanguard Qrupu, pandemiya dpvründə dəyərini 20% itirib.

Fins.az "RBC"-ya istinadən xəbər verir ki, tanınmış investisiya qrupu John Bogle tərəfindən yaradılan fondun ilk 10 səhminin nə olduğu - nəzərdən keçirək.

Vanguard-ın portfelindəki ən böyük aktiv Microsoft proqram təminatçısı Microsoft-dadır. Fond 2002-ci ildən bəri Bill Geyts şirkətinə investisiya qoyur. Son bir il yarım ərzində Microsoftun səhmləri əhəmiyyətli dərəcədə yüksəlib. 2019-cu ilin əvvəlindən bəri səhmləri 105%, bu ilin 1 yanvarından isə 32% (14 İyulda bazarın bağlanış qiymətlərində) bahalaşıb. Səhmlər koronavirus böhranından az təsirlənib və hazırda fevral ayındakı qiymətlərindən 7% yuxarı ticarət edilir.

Bazar Geytsin şirkətini 1,55 trilyon dollar qiymətləndirir, Wells Fargo ekspertləri isə bunun iki ildə 2,2 trilyon dollar olacağını düşünürlər. Aprel ayının əvvəlindən bəri Microsoftun fond portfelindəki aktivi 32.4 milyard dollardan çox artaraq 133.4 milyard dollara çatıb.

Müəllif:Aynur Qəniyeva