BİRJA

17 İyul

\"Kent Gıda\"-nın sürətli yüksəlişi şirkəti birjada 4-cü yerə çatdırıb

Şirniyyat istehsalçısı Kent Gıdanın payı ilin əvvəlindən 680 faiz artıb. Sadalanan şirkətlər arasında ən yüksək bazar dəyəri olan dördüncü şirkət olub.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,İstanbul mərkəzli şirniyyat istehsalçısı Kent Gıda birjada ticarət edən bir çox şirkətdən geri qalsa da Finansbank, Koç Holdinq və BİM-dən sonra ən yüksək bazar dəyəri olan dördüncü şirkət olub.

Şirkətin qalan səhmləri (99.46 faiz), yalnız 0.54 faizi sərbəst şəkildə Böyük Britaniyada yerləşən qənnadı və içki istehsalçısı Cadbury Schwepes-ə  aiddir.

Səhm qiyməti, ilin əvvəlindən bəri 680 % artaraq 1,373 TL-nə qədər artan qənnadı məmulatları istehsalçısı bir ildə min faizdən çox qazanıb. Hazırda şirkətin bazar dəyəri 40 milyard TL civarındadır.

Müəllif:Aynur Qəniyeva