BİRJA

08 İyul

Qızılın qiyməti 1800 dolları ötüb

Qızıl qiymətləri 1800 dollardan baha olub, qızıl dəstəkli fond birjaları daxilolmalar isə 2009-cu ildən bəri rekord səviyyəni keçib.

Fins.az "Bloomberg"-ə istinadən xəbər veri ki,qızılın cəlbediciliyi 2020-ci il ərzində gündən-günə artır. Qızıl qiymətləri 1 unsiya üçün 1800 dollardan yuxarı qalxıb və qızılla dəstəklənən fond birjalarına daxilolmalar, ilin əvvəlindən bəri rekord həddə çatıb.

İnvestorlar üşün qızıl demək olar ki, dünyada iqtisadiyyatında koronavirus pandemiyasının təsiri ilə təhlükəsiz limana çevrilib. Nəticədə, mərkəzi bankların və hökumətlərin böyük miqdarda dəstəyi ilə qızılla dəstəklənən fond birjalarına fasiləsiz giriş əldə edilib. ABŞ-da, ştatlar çərşənbə axşamı günü koronavirus  və ölənlərin sayının rekord səviyyəsini açıqladılar və Atlanta şəhəri üzrə  Fed prezidenti Rafael Bostic çərşənbə axşamı günü Covid-19 -un yeni dalğasının başlaması ABŞ iqtisadiyyatının bərpa sürətinə təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

Bloomberg-in məlumatına görə, qızıl dəstəkli fondlardakı qızıl aktivləri çərşənbə axşamı günü 3123,6 tonadək artıb. Aktivlər 2020-ci ildə bu günə qədər 655,6 ton artıb və bu artım 2009-cu ildə  olan rekord artımı da ötüb. Bu ilin hər ayında aktivlər artıb.

Spot qızılın qiymətləri 2011-ci ilin Noyabr ayından bəri ilk dəfə 1800 dollardan yuxarı, London vaxtı ilə 9: 36-da 1 unsiya üçün 1.798.55 dollar idi. Digər qiymətli metallardan gümüş və platin yuxarıya doğru hərəkət etdi, palladiumun qiyməti  isə çox dəyişməyib.

Müəllif:Aynur Qəniyeva