ABŞ-da birjalar Apple, Amazon, Microsoft, Alphabet və Netflix kimi texnoloji şirkətlərin səhmləri 2 faizdən çox qazandığı üçün artımla bağlanıb
Fins.az "bloomberg-ə istinadən xəbər verir ki, "Bağlanışda Dow Jones indeksi 400-dən çox bal toplayaraq 1,78 faiz artaraq 26 287,03 bənd olub
SP 500 indeksi 1,60 faiz artaraq 3180,20 bənd, Nasdaq indeksi 2,21 faiz artaraq 10 433,65 bəndlə günə yeni rekord vurub.
Covid-19 pandemiyasının artmasına baxmayaraq, yaxşı iqtisadi məlumatların təsiri səbəbiylə son bir həftəni müsbət bir kursla tamamlayan indekslər yeni həftədə artmaqda davam etdi.
İndekslərin yuxarıya doğru hərəkətində Apple, Amazon, Microsoft, Alphabet və Netflix kimi texnologiya şirkətləri 2 faizdən çox dəyər qazanıb.
Digər tərəfdən, bu gün ABŞ-da açıqlanan məlumatlara görə Satınalmalar İdarəetmə İnstitutunun (ISM) İstehsalçı olmayan İndeksi İyun ayında aylıq 11.7 bənd artaraq 57.1-ə çatıb və gözləntiləri aşıb. Covid-19-un yayılması səbəbiylə əvvəlki aylarda sektorda azlama olduğunu ifadə edən məlumatların bazar gözləməsi bu ay 50,1 səviyyəsində idi.
Müəllif:Aynur Qəniyeva