BİRJA

06 İyul

Bakı Fond Birjasının dövriyyəsi 36% azalıb - GÖSTƏRİCİLƏR

Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4 742 802 243 manat təşkil edib ki, bu da illik ifadədə 35,9% azdır. Belə ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 7 396 962 649 manat olub.

BFB-dan verilən məlumata görə, hesabat dövründə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 112%, repo əməliyyatları üzrə isə 73% böyümə qeydə alınıb.

Cari ilin iyun ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası 2 445 181 863 manat təşkil edib.