Bakı Fond Birjasında 2020-ci ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azalaraq 4 milyard 742 milyon 802 min manat təşkil edib.
Birjanın yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 7 milyard 396 milyon 963 min manat təşkil etmişdi.
“2020-ci ilin yanvar-iyun ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 112%, repo əməliyyatları üzrə isə 73% böyümə qeydə alınmışdır,- məlumatda bildirilir.