"Azərbaycan İnvestisiya Şirkəti” ASC müxtəlif müəssisələrdə payının qiymətləndiricisinin seçimini elan edib
“Sorğuda iştirak üçün təkliflər 2020-ci il 9 iyul saat 17:00-dək qəbul olunur. Maraqlananlar +994 12 488-80-10 nömrəsi ilə əlaqə saxlaya bilərlər”, - AİŞ-dən qeyd olunub.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
Hazırda AİŞ-nin sərmayələrinin 74,9%-i sənaye, 10,3%-i –ASK, 6,7%-i – sənaye məhəllələri, 5,1%-i – birgə fondlara, 3,1%-i – qida sənaye müəssisələrinin payına düşür.