BİRJA

02 İyul

 S&P 500 indeksi son 100 gündə 90 ilin rekordunu qırıb

ABŞ səhmlərinin SP 500 İndeksi 100 günlük dövrdə ən yaxşı göstəricilərdən birini əldə edib

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, Standard Poor's 500 (SP 500) İndeksi son 100 gün ərzində rekorda nail olub.

Məlumata görə, ABŞ səhmlərinin göstərici indeksi, 23 Martda  ən aşağı nəticəni göstərdikdən sonra  40% nisbətlə irəliləyir və təxminən 90 ildə ən yaxşı nəticəni əldə edib. Bespoke İnvestisiya Qrupuna görə, tarixdəki oxşar proseslərə nəzər yetirdikdə  qazanc daha da davam edə biləcəyini proqnozlaşdırmaq olar.

Bespoke, SP 500 İndeksi tarixində ən azı 33 faiz artdığını və 100 gündə 5 mərhələdə irəlilədiyini qeyd edib. Bu  irəliləmələrdən üçü II Dünya Müharibəsindən əvvəl, digər ikisi isə 1982 və 2009-cu illərdə mü.ahidə olunub. Hər birində indeks həftələlə düşdü, ancaq üç aydan sonra yüksəldi. İndeks altı ayda  7,3%, bir ildə isə 13 a% artıb

"Əvvəlki təcrübə, bazarın belə kəskin yüksəlişdən sonra bir az nəfəs almağa ehtiyac duyduğunu göstərir, lakin sürətli qazanclar gələcəkdə daha sürətli davam edə bilər" deyib Bespoke həmtəsisçisi Pol Hickey.

Bazarın qısamüddətli enişini davam etdirməsi mümkündür. SP 500 bazasını gördükdən sonra iyunun 8-dək 44 faiz artıb. Dəyişkənlik daha sonra geri döndü və növbəti üç gündə 7,1 faiz aşağı düşdü. Səhmlər Çərşənbə günü 0.8 faiz artıb