BİRJA

02 İyul

Qlobal maliyyə böhranının məşhur siması hedc fondu sektorundan ÇIXIR

Təxminən on il əvvəl qlobal maliyyə böhranı ilə məhşurlaşan 4,4 milyard dollar sərvəti ilə hedc fondu meneceri olan John Paulson, bu sektordan ayrılacağını açıqlayıb.

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, məşhur hedc fondunun meneceri John Paulson şöhrət və sərvət əldə etdikdən təxminən on il sonra bu sektordan ayrılır.

Məlumata görə son maliyyə böhranından əvvəl mənzil bazarında  mövqeyini möhkəmləndirərək böyük  müvəffəqiyyət əldə edən investor bu uğuru davam etdirə bilmədi. İndi o, başqa bir iqtisadi qarışıqlıq şəraitində investorlarının pullarını geri qaytarmaqla öz sərvətini qorumaq niyyətindədir.

Bloomberg Billionaires İndeksinə görə 4.4 milyard dollarlıq şəxsi sərvətə sahib olan Paulson, bu yaxınlarda həyacanlı dönəmi uğurlu başa vura bilən əfsanəvi biznes adamlarının siyahısına qatıldı.

1990-cı illərin iki məşhur siması olan Stan Druckenmiller və George Soros, ailə ofisinə qayıdan ilk fond müdirlərindədir.

Fond rəhbərlərinin sektoru tərk etmək qərarı, investisiya dünyasında baş verən böyük dəyişikliklə qarışıqlıqların göstəricisidir. Bir vaxtlar Wall Street-i on illər boyu idarə edən güclü adlar, daha az xərc alqoritmləri ilə idarə olunan indeks fondları ilə rəqabət aparırlar.

1994-cü ildə  fəaliyyətə başlayan Paulson, bu həftə investorlara göndərdiyi məktubunda Paulson Co-nun özəl investisiya ofisinə çevriləcəyini və bütün xarici investorların kapitallarını geri qaytaracağını bildirib..

On il bundan əvvəl mənzil bazarına qarşı mövqe tutaraq öz sərvətini qazanan Paulson-un aktivləri, 2011-ci ildəki 38 milyard dollarlıq zirvədən 2018-ci ilin Noyabr ayına qədər 9 milyard dollardan aşağı düşməyib.

Müəllif:Aynur Qəniyeva