BİRJA

25 Dekabr

Neft və qızıl bahalaşmaqda davam edir

Beynəlxalq valyuta birjalarında yeni il bayramı ilə əlaqədar ticarət aktivliyi zəif olsa da neft və qızıl qiymətləri maksimumlarını yeniləməkdə davam edir.

Beynəlxalq valyuta birjalarında Amerika, Almaniya, İngiltərə və s. ölkələrdə keçirilən Milad bayramı ilə əlaqədar olaraq ticarət aktivliyi zəif olsa da əmtəə birjalarında aktivlik daha da yüksəlib. 

Belə ki, Brent neftinin bir barel qiyməti 67$, qızılın bir unsiya üzrə qiyməti isə 1500$-ın üzərində dalğalanmaqdadır. 

Təhlillər isə sözügedən maliyyə alətlərinin daha da bahalaşmaqda davam edəcəklərini proqnozlaşdırmağa əsas verir. 

Qeyd etmək lazımdır ki, bu gün bazarlar bağlı olacaqdır.