BİRJA

18 Dekabr

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

18 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103876S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76%) volan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 779,089,000.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 AZN (5.76%), orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 16.01.2020 ildir.