Qlobal iqtisadi risklərin artması neft qiymətlərinin də bahalaşmasına səbəb ola bilər
Dünyada qlobal iqtisadi risklərin artması, neft ixrac edən ölkələrin bu sahədən gəlirlərə ehtiyacları daha çox artır. Bu, sözügedən ölkələrin bugünkü beynəlxalq siyasi şəraitdə neft qiymətlərini mümkün qədər bahalaşdırmağa çalışmalarına səbəb olacaqdır. Bu səbəbdən də istər "OPEC", istərsə də "OPEC+" qruplaşması bu istiqamətdə alətlərini genişləndirə bilərlər.
Bununla yanaşı, Yaxın Şərqdə neft qurğularının yerləşdiyi ərazilərdə hərbi əməliyyatların artması riski də neft qiymətlərinin gələcəkdə bahalaşa biləcəyini proqnozlaşdırmağa əsasdır.
Benkmark hesab edilən Avropanın Brent neftinin bir barel üzrə fyuçersləri hazırda 65$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, dəstək səviyyəsi qorunacağı təqdirdə, bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Bu istiqamətdə 108$ getdikcə real görünməyə başlayır.
İLKİN ALIYEV (analitik) investaz.az