16 Dekabr

ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə dövlət rüsumları ləğv ediləcək. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, 15 dekabr tarixindən başlayaraq ümumi dəyəri 160 milyard dollar olan Çin çəhsulları üçün ABŞ hökuməti əlavə dövlət rüsumları təyin edəcəkdi. Bunun nəticəsində ABŞ bazarı üçün nəzərdə tutulmuş məhsulların satılmasına görə Çin şirkətləri əlavə vəsait ödəməli olacaqdılar.

Bu həmçinin öz məhsullarını Çində istehsal edən ABŞ şirkətlərini də əhatə edirdi. Belə ki, Çində məhsul istehsalı daha ucuz başa gəlir. Bu yeni qanun öz məhsullarını Çində istehsal edən Apple şirkətinə də şamil olunacaqdı. Qeyd etmək lazımdır ki, şirkət artıq kiçik məhsul və komponentlərə görə əlavə dövlət rüsumu ödəyir. Lakin yeni qanun həmçinin şirkətin iPhone, iPad, MacBook modellərini və digər məhsullarını əhatə edəcəkdi. Analitiklər qeyd edirdilər ki, bu halda şirkət ya iPhone modellərinin qiymətlərini qaldırmaq məcburiyyətində qalacaqdı ya da vəsait itkisi yaşamalı olacaqdı.

İlkin varintda iPhone-ların qiymətləri 150$ bahalaşa bilərdi. Bu isə öz növbəsində 2020-ci ildə iPhone-lara tələbatın 6-8% aşağı düşməsinə səbəb olacaqdı. İkinci halda şirkətin bir səhmdən əldə etdiyi gəlir 4% aşağı düşəcəkdi. Qeyd etmək lazımdır ki, Apple şirkətinin CEO-su Tim Cook dəfələrlə ABŞ prezidenti Donald Trump-dan xahiş edirdi ki, o, həmin əlavə dövlət rüsumlarını təyin etməsin və ya şirkətlər üçün bəzi güzəştlər etsin. Bir çox şirkətlər hətta bu məsələ ilə bağlı öz istehsalat güclərini Çindən digər regionlara keçirilməsini də planlaşdırırdılar.