BAZAR

05 Fevral

Banqladeş ilə ticarət dövriyyəsi 30%-ə yaxın artıb

2024-cü il ərzində Azərbaycanın Banqladeş ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 29,1 faiz artaraq 33,4 milyon dolları üstələyib.

Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxrac – idxal:

Azərbaycandan Banqladeşə ixrac: 3,1 milyon dollar (+1,6 dəfə)

Banqladeşdən Azərbaycana idxal: 30,2 milyon dollar (+26,5 faiz)

2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Banqladeş ilə ticarətin payı 0,07 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az