BAZAR

09 Yanvar

Azərbaycanda geyim istehsalı 28 faizdən çox artıb

Fins.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 129,5 milyon manatlıq geyim istehsal olunub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 11 ay ərzində 803,6 min ədəd (+49,6 faiz) üst geyimi, 2 748,4 min ədəd (+37,8 faiz) istehsalat və peşə komplektləri, 1 590,7 min ədəd (+2 dəfə) alt geyimi, 4 737,3 min ədəd (-23,2 faiz) sair geyim və 3 576,3 min cüt (-0,1 faiz) corab istehsal olunub.

Eyni zamanda, hesabat dövrü ərzində ölkədə 56,1 min kvadratmetr (+6,2 faiz) emal edilmiş dəri və 915,2 min cüt (+34,5 faiz) ayaqqabı istehsal olunub. Ayaqqabılar, dəri və dəridən məmulatların istehsalı dəyər ifadəsində 7,6 faiz artaraq 39 milyon manata çatıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində ümumilikdə 458,3 milyon manat dəyərində məhsul istehsal edilib.