Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı 50 milyon 331 min 86 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir.
2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 4 milyon 245 min 52 dollar dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 22,2 faiz azdır.
Ümumilikdə, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı 9 milyard 495 milyon 712 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalmışdır. Dekabr ayında isə Türkiyə 782 milyon 578 min dollar məbləğində tekstil məhsulları ixrac edib və bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2,6 faiz artım göstərib.
2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə ümumilikdə 9 milyard 495 milyon 712 dollar dəyərində tekstil məhsulları ixrac edib.