BAZAR

07 Yanvar

Türkiyə Azərbaycana avtomobil ixracını 2024-cü ildə azaldıb

Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalaraq, 93 milyon 627 min 97 dollara bərabər olub. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

2024-cü ilin dekabr ayında isə Türkiyə Azərbaycana 9 milyon 987 min 86 dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10,4 faiz azalma təşkil edir.

Ümumilikdə, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin ümumi avtomobil ixracı 6,3 faiz artaraq 37 milyard 211 milyon 661 min dollar olub. Dekabr ayında isə Türkiyənin ümumi avtomobil ixracı 3 milyard 487 milyon 428 min dollar təşkil edib ki, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 10 faiz artım deməkdir.

2024-cü ilin son 12 ayında (dekabr 2023-dekabr 2024) Türkiyə 37 milyard 211 milyon 661 min dollar məbləğində avtomobil ixrac edib.