BAZAR

07 Yanvar

Azərbaycandan Qazaxıstana qeyri-neft ixracı artıb

Fins.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 116,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon ABŞ dolları və ya 30,1% artım nümayiş etdirib.

Qazaxıstana qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 3,78%-ni təşkil edib.

Həmçinin, bu dövrdə qeyri-neft məhsullarının əsas ixrac istiqaməti Rusiya olub. Azərbaycandan Rusiyaya 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracın 34,55%-ni təşkil edir.

Beləliklə, qeyri-neft sektorunun artımı Azərbaycanın ixrac fəaliyyətində mühüm rol oynamaqda davam edir.