BAZAR

07 Yanvar

Azərbaycanda sement istehsalı 9,3% artıb

Fins.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3,7 milyon ton sement istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% və ya 318 min ton artıb.

Eyni dövrdə ölkədə hazır məhsul ehtiyatı 99,9 min ton təşkil edib. Əhəng istehsalında isə azalma müşahidə olunub. Belə ki, cari ilin ilk 11 ayında cəmi 27 min ton əhəng istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 min ton və ya 36,3% azdır.