Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azalaraq 4 milyard 314 milyon 179 min dollar təşkil edib.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2024-cü ilin dekabr ayında sement ixracı 341 milyon 289 min dollar olub ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3% azdır.
Beləliklə, 2024-cü ilin son 12 ayında Türkiyə ümumilikdə 4 milyard 314 milyon 179 min dollar dəyərində sement ixrac edib.