Fins.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 151 milyon 558 min ABŞ dolları dəyərində 26 min 403 ton kərə yağı idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 81.5% (68 milyon ABŞ dolları), həcm baxımından isə 77% (11 487 ton) artıb.
2023-cü ilin ilk 11 ayında isə ölkəyə 83 milyon 505 min ABŞ dolları dəyərində 14 916 ton kərə yağı və digər süddən hazırlanmış yağlar idxal olunmuşdu.
Bu dövrdə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 26 890.6 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.1% çoxdur.
İdxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə 20.25 manat olub.