BAZAR

06 Yanvar

Türkiyənin avtomobil ixracı 2024-cü ildə 6,3% artıb

Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 37 milyard 211 milyon 661 min dollar olub.

2024-cü ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 min dollar məbləğində avtomobil ixracı həyata keçirib ki, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 10% artım göstərir.

2024-cü ilin son 12 ayında Türkiyə ümumilikdə 37 milyard 211 milyon 661 min dollar dəyərində avtomobil ixrac edib.