Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 7 milyard 895 milyon 355 min dollar təşkil edib.
Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında mebel ixracı 709 milyon 537 min dollar olub, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2 faiz artım deməkdir. Həmçinin, 2024-cü ilin son 12 ayında (dekabr 2023-dekabr 2024) Türkiyə ümumilikdə 7 milyard 895 milyon 355 min dollar məbləğində mebel ixrac edib.