BAZAR

06 Yanvar

2024-cü ildə Türkiyənin hava limanlarında 7,5% artım olub

Fins.az - 2024-cü ildə Türkiyə hava limanlarının xidmətlərindən 230 milyon 224 min 611 nəfər istifadə edib ki, bu da əvvəlki illə müqayisədə 7,5 faiz artım deməkdir.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu, Dövlət Hava Limanları Baş İdarəsinin (DHMİ) məlumatlarına əsaslanaraq, 2024-cü ilin dekabr ayında 170 minə yaxın reysin qeydə alındığını bildirib. Bu reyslərin 58 mini beynəlxalq uçuşlar olub. Dekabr ayında 15 milyon 562 min 646 sərnişin hava limanlarını istifadə edib, onlardan 8,5 milyona yaxını beynəlxalq reyslərə bilet alıb.

Ümumilikdə 2024-cü ildə daxili reyslərdə 902 min 78, beynəlxalq reyslərdə isə 866 min 779 təyyarə eniş və uçuş edib. Həmçinin, 4,9 milyon ton yük daşınıb. Nazirin açıqlamasına görə, turizm vilayətlərinin hava limanlarında isə 60,8 milyon sərnişinə xidmət göstərilib.