Fins.az - Yeni il ilə bağlı istirahət günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1,775 reys təşkil olunub və 50,600-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, adi günlərdə BBAK-dan 200-dək avtobus çıxarkən, bayram dövründə əlavə olaraq 100-dən çox avtobus marşrutlara daxil edilib. Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək sərnişinlərin nəqliyyat xidmətlərinə tələbatını qarşılayıb.
Bu dövrdə 15,239 onlayn bilet satılıb, ümumi satışın 30%-ni təşkil edərək rəqəmsal xidmətlərə olan tələbin artdığını göstərib.