BAZAR

29 Dekabr

Tikinti qumunun istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-noyabr aylarında ölkənin mədənçıxarma sənayesində 1178,7 min ton tikinti qumu istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 27,9 faiz və ya 257 min ton artıb.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.