2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Türkmənistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 4,93 milyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında qeyd edilib ki, yalnız noyabr ayında Türkiyədən Türkmənistana 225,1 min dollarlıq xalça ixrac edilib, bu isə keçən ilin noyabr ayı ilə müqayisədə 14,2 faiz artım deməkdir.
Eyni zamanda, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 2,62 milyard dollara çatıb. Ancaq noyabr ayı üçün ümumi xalça ixracı 259,9 milyon dollar olub ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 2,6 faiz azalma göstərir.
Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 2,88 milyard dollar dəyərində xalça məhsulu ixrac edib.
Fuad Mədətov
Fins.az