Bu ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 48,4 milyard manat təşkil edib. Sənaye məhsulunun 76 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bakı Şəhər Statistika İdarəsindən Fins.az-a verilən məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,0 faiz təşkil etmişdir.
Hesabat dövründə istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2024-cü il vəziyyətinə 392,5 milyon manatlıq hazır məhsul ehtiyatı olunub.
Məlumata görə, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 47,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Fuad Mədətov
Fins.az