BAZAR

24 Dekabr

Türkiyədə qurulan İran şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə İran kapitalı ilə 319 şirkət qeydiyyata alınıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 362 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından məlumat verilib.

TOBB-un açıqlamasına əsasən:

  • 2024-cü ildə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 329 milyon 870 min türk lirəsi təşkil edib.
  • 2023-cü ilin eyni dövründə isə bu göstərici 815 milyon 60 min türk lirəsi idi.

Hesabat dövründə İran kapitalı ilə qeydiyyata alınan şirkətlərin böyük əksəriyyəti İstanbulda fəaliyyətə başlayıb:

  • İstanbulda qeydiyyata alınmış 286 İran şirkətinin ümumi kapitalı 282 milyon 70 min türk lirəsi təşkil edib.

TOBB-un məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə İran kapitalı ilə qeydiyyata alınmış şirkətlərin 134-ü ticarət sahəsində fəaliyyət göstərir, qalanları isə iqtisadiyyatın digər sahələrinə aiddir.