Fins.az - Bu ilin yanvar-noyabr ayları ərzində ölkədən 33,1 milyon ABŞ dolları dəyərində 22,9 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 14,7 faiz, həcmi isə 1,5 faiz artıb.
Cari ilin ilk 11 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,14 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,07 faizə bərabər olub.