Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 178,7 min ton tikinti qumu istehsal edilib.
Fins.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 257 ton və ya 27,9% çoxdur. Dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37,6 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artıb.
Fuad Mədətov
Fins.az